Murad Boz keçmiş arvadının rəfiqəsi ilə belə görüntüləndi - FOTO

Murad Boz keçmiş arvadının rəfiqəsi ilə belə görüntüləndi - FOTO
19:27 9 Yanvar 2015
260 Maraqlı
Ölkə mətbuatı
A- A+

Murad Bozun yeni sevgilisi ilə şəkilləri yayılıb
Murad Bozun yeni sevgilisi ilə şəkilləri yayılıb.

Anspress-in məlumatına görə, Türkiyənin məşhur pop ifaçısı Murad Boz stil məsləhətçisi Senem Sensilay ilə görüşür.

Cütlüyün alış-veriş mərkəzində şəkilləri çəkilib. Bir müddət əvvəl Murad Bozun Senem Sensilay ilə sevgi münasibətləri olduğu yazılmışdı. Murad Bozun ticarət mərkəzində qaraşın xanımla çəkilən şəkilləri bu iddiaları daha da gücləndirib.

Başqa bir maraqlı məlumat isə odur ki, Murad Bozu indiki sevgilisi ilə tanış edən onun keçmiş həyat yoldaşı Eliz Sakuçoğlu olub.

Qeyd edək ki, bir müddət əvvəl Murad Bozla keçmiş həyat yoldaşı Eliz Sakuçoğlu ayrılıblar. Hər fürsətdə barışmaq üçün yollar axtaran Elizə bu işdə məhz rəfiqəsi Senem Sensilayın kömək etdiyi deyilirdi.











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR