Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması mövzusunda təqdimat-seminar keçirib

Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması mövzusunda təqdimat-seminar keçirib
11:43 8 Aprel 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, AZƏRTAC, Raisə Abbasova
Aprelin 8-də Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusunda dövlət və özəl sektoru təmsil edən sığortaedənlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə təqdimat-seminar keçirib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan DSMF sədrinin müavini Zakir Babayev ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirilməsi barədə danışıb.
Bildirilib ki, DSMF-nin sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub. Bu xidmətlər aşağıdakı 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur - əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə; hamiləliyə və doğuma görə; uşağın anadan olmasına görə; uşağa qulluğa görə və dəfn üçün müavinət.
Qeyd olunub ki, qüvvədə olan qanunuvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sosial_sigorta_muavinetlerinin_odenisinin_avtomatlasdirilmasi_movzusunda_teqdimat_seminar_kechirib-844480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR