Bakıdan sonra Avropa Oyunlarının keçiriləcəyi yer

Bakıdan sonra Avropa Oyunlarının keçiriləcəyi yer
11:51 8 Aprel 2015
177 İdman
Ölkə mətbuatı
A- A+

İlk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunları növbəti dəfə Niderlandda keçiriləcək.

ANS PRESS-in məlumatına görə, Avropa Olimpiya Komitəsinin (AOK) vitse-prezidenti Aleksandr Kozlovski TASS agentliyinə açıqlamasında Niderland 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunları üçün əsas namizəd olduğunu deyib.

"Beynəlxalq Olimpiya Komitəsindən fərqli olaraq Avropa Olimpiya Komitəsinin bu seçimə öz yanaşması var. Biz AOK üzvlərinin pullarına qənaət etmək məqsədilə şüurlu olaraq namizədlər arasında yarış elan etmədik. Biz özümüz baxırıq və kimin bu Oyunları keçirməyə layiq olduğuna qərar veririk. İndi bizim namizədimiz Niderlandi. Avropa Oyunlari Kopmitəsinin ənənəvi seminarı may ayında keçiriləcək. Sonuncu gün Fövqəladə Baş Assambleya formalaşacaq. Böyük ehtimalla Niderlandı növbəti Avropa Oyunlarının keçiriləcəyi yer kimi təqdim edəcəyik"- deyə, Kozlovki bildirib.

(AOK) vitse-prezidenti Niderlandır yarışmaya fərqli yanaşdığını qeyd edib: "Niderlandın bu işə öz yanaşması var - dəqiq və iqtisadi. Lakin vəsait xərcləməyə ciddi yanaşma heç bir şəkildə yarışın təşkilatçılığına təsirini göstərməyəcək. Niderlandın çox maraqlı konsepsiyası var. Yarış təkcə Amsterdam və Rotterdamda deyil, bütün ölkə boyu keçiriləcək. Ölkənin ərazisinin kiçikliyini nəzərə alsaq, belə dağınıqlıq yerinə düşür.

Qeyd edək ki, 2019-cu ildə keçiriləcək Avropa oyunları Bakıdakının eyni olacaq, eyni zamanda özünün eksperimentləri ilə fərqlənəcək. Biz bu unikal yarışların keçirilməsi üçün optimal variantlar axtarırıq. Bizim Avropa oyunlarının keçirilməsində maraqlı olan digər ölkələrlə də müəyyən danışıqlarımız olub. Konkret olaraq hansılarla danışdığımızı deməyəcəyik, lakin bu ölkələrin Olimpiya oyunlarına iddiaları əvvəllər də nəticəsiz olub".
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=336561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR