Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı son 5 ildə minlərlə borclu şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Ədliyyə Nazirliyindən Milli.Az-ın rəsmi sorğusuna cavab olaraq bildiriblər ki, 2014-cü ildə 3121, 2015-ci ildə 6238, 2016-cı ildə 8435, 2017-ci ilin 9 ayı ərzində isə 10255 borclu şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Lakin onlardan bir qismi müxtəlif xarakterli borcları müvafiq qaydada ödədiklərinə görə, bu cəzadan yaxa qurtara biliblər. Belə ki, 2014-cü ildə 929, 2015-ci ildə 1166, 2016-cı ildə 1857, 2017-ci ilin 9 ayı ərzində isə 2362 borclu şəxsin üzərindən məhdudiyyət götürülüb.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, məhkəmələrin və vergi orqanlarının qərarları ilə borclu şəxslərin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində