Dünya futbolu bu qoldan danışır

İtalya A seriyasında XV turun oyunları davam edir.

Metbuat.az xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri “Benevento” və “Milan” komandaları arasında baş tutub. 2:2 hesablı bərabərliklə yekunlaşan matç dramatikliyi ilə yadda qalıb. Belə ki, meydan sahiblərinin qapıçısı Alberto Briqnoli 90+5-ci dəqiqədə kəllə ilə qol vuraraq komandasına 1 xal qazandırıb.

Qeyd edək ki, bu qol nəticəsində “Benevento” bərabərliyi təmin edib və A seriyasında ilk xalını qazanıb.

Həmin qolu təqdim edirik:

Sərdar Məmmədov / Metbuat.az

“Qarabağ” son oyun üçün Romadadır - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR