"Facebook" şirkəti yeni "Messenger Kids" proqramını istifadəyə verir. Yeni əlavə validenlərə uşaqların kiminlə ünsiyyət qurmasına nəzarət etmək imkanı yaradır.
Metbuat.az-ın məlumatına görə, bu barədə sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir.
"Bu gün təqdim etdiyimiz əlavə vasitəsi ilə uşaqlar təhlükəsiz şəkildə öz ailələri və dostları ilə ünsiyyət qura biləcək", - şirkətin məlumatında qeyd olunur.
"Messenger Kids" proqramı validenlərin akauntu vasitəsilə nəzarət olunur və beləliklə uşaqlar yalnız validenlər tərəfindən təsdiq edilmiş şəxslərlə əlaqə qura biləcək.
Yeni əlavədə reklam yerləşdirilməyəcək.