Adları cinayətdə hallanan məşhurlar- FOTO

Adları cinayətdə hallanan məşhurlar- FOTO
20:57 9 Yanvar 2015
204 Dünya
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, qafqazinfo CNN-ə istinadən həbsdə olan Türkiyənin tanınmış simalarını təqdim edir.
 
1987-ci ildə İzmir şəhərində film çəkən İbrahim Tatlıses bəzi səhnələri İzmir sərgi salonunun içərisində çəkmək istəyib. Əvvəlcədən icazə almayan Tatlıses polislərlə dava edib. İbo polisləri təhqir etdiyi üçün 16 gün həbs edilərək Buca Həbsxanasına gətirilib.
 

 
“Küçə uşağı” kimi tanınan Doğuş həbsdə olan məşhurlar sırasındadır. Ona bir xanımı zorladığı üçün 1 il, 6 ay həbs cəzası verilib. Həbsdə 4 ay qaldıqdan sonra zorladığı Pınar Cankırla evlənib.
 

 
Müğənni Sərdar Ortac da həbsdə yatan məşhurlar sırasındadır. Belə ki, Ortac əsgərlikdən qaçmaq üçün müəyyən addımlar atıb. Bu addımlarına görə sənətçi 54 gün həbsdə qalıb.
 

 
Model-aparıcı Ebru Şallı narkotik istifadə etməsi iddiası ilə 15 gün həbsdə qalıb.
 

 
Müğənni Bület Ersoy isə iki dəfə həbs olunub. Ersoy evinə gələn hüquqşunası təhqir etdiyi üçün 1990-cı ildə 11 ay, 20 gün həbs cəzası alıb. Daha sonra isə sənətçi jurnalistə hücum edib, onun fotoaparatını sındırıb. Bu əməlinə görə müğənni 2 ay həbsxanada yaşayıb.
 

 
Narkotik istifadəsi və satışından şübhəli bilinən müğənni Deniz Sekiyə 2009-cu ildə həbs cəzası verilib. Daha sonra müğənni azad olunmub. Lakin məhkəmə Denizə yenidən həbs cəzası tətbiq edib. Hal-hazırda müğənni həbxanadadır.



Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR