İtaliyanın "Roma" klubu Çempionlar Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la matçda qələbə qolunun müəllifi Dieqo Perotti ilə müqavilənin müddətini uzadıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 29 yaşlı argentinalı yarımmüdafiəçi ilə 2021-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, D.Perotti 2016-cı ilin yanvarında "Cenoa"dan "Roma"ya keçib. O, dekabrın 5-də İtaliyada "Qarabağ"a qarşı matçın 53-cü dəqiqəsində komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində