Tramp ABŞ-da yalançı KİV-lərin nəzarətdən çıxdığını bildirib

Tramp ABŞ-da yalançı KİV-lərin nəzarətdən çıxdığını bildirib
05:47 11 Dekabr 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ ABŞ-da yalançı kütləvi informasiya vasitələri nəzarət altından çıxıb və ölkənin nüfuzuna zərər vurur.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp özünün "Twitter" hesabında yazıb.
"Bu həftədə yalançı KİV-də dərc edilmiş saxta və etibardan salan xəbərlər həddən artıq az müzakirə doğurub. Onlar nəzarət altından çıxdılar: informasiyanın düzgün verilməsi onlar üçün heç nə demək deyil. Yalan informasiyanı dərc edirlər, amma sonra onu təkzib etmək lazım gəlir", - deyə Tramp qeyd edib.
O, bildirib ki, belə hərəkətlər Amerikanın nüfuzuna ləkə vurur.
ABŞ prezidenti bəzi Amerika KİV-lərini bir neçə dəfə yoxlanılmamış informasiyanın nəşrində ittiham edib. Yalnız bu ay ərzində Tramp jurnalistləri ən azı üç dəfə yalan yazmaqda ifşa edib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-abs-da-yalanci-ki-v-lerin-nezaretden-cixdigini-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR