“Qarabağ”ın qapıçısı Ronaldo ilə eyni heyətdə

“Qarabağ”ın qapıçısı Ronaldo ilə eyni heyətdə
10:43 11 Dekabr 2017
174 İdman
Ölkə mətbuatı
A- A+

Bu mövsüm Çempionlar Liqasına ilk dəfə vəsiqə qazanan “Qarabağ” klubu debüt etməsinə baxmayaraq, bir çox uğurlara imza atıb.

Publika.az xəbər verir ki, tribunadan tamaşaçı sayına görə siyahıda 6-cı yeri tutan təmsilçimizin qapıçısı İbrahim Şehiç dünyanın ən məşhur və güclü futbolçuları ilə eyni heyətdə yer alıb.

Belə ki, minlərlə izləyicisi olan "Whoscored.com" saytı UEFA Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşı heyəti versiyasını təqdim edib. Heyətin qapıçısı mövqeyində “Qarabağ”ın Bosniya və Hersoqovinalı qapıçısı İbrahim Şehiç yer alıb. Heyətdə Şehiçlə birgə, “Çelsi”dən Eden Azar, “Real”dan Kriştiano Ronaldo, “PSJ”dən Neymar, Deni Alves, “Liverpul”dan isə Məhəmməd Salah öz mövqeyində ən yaxşı futbolçu kimi göstərilib.

Qeyd edək ki, Şehiç qrup mərhələsi çərçivəsində qapısını 35 qoldan xilas edib və liderlik pilləsinə yüksəlib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/223847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR