Ermənilərə qanudduran Məmməd Ağpolad kim olub?

Ermənilərə qanudduran Məmməd Ağpolad kim olub?
11:43 11 Dekabr 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediyada” Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan əsilli polkovniki, 1918-1922-ci illərdə öncə Azərbaycanın, daha sonra isə Türkiyənin istiqlaliyyəti uğrunda mübarizə aparan Məmməd Ağpoladın məqaləsi yaradılıb.

Bu barədə Publika.az-a Mərkəzi Elmi Kitabxanadan məlumat verilib.

Qeyd edək ki, polkovnik Məmməd Ağpolad Azərbaycan Cümhuriyyət ordusunun 1-ci Topçu briqadasının, I divizyonunda batareya komandiri leytenant Məmməd Rza oğlu Rzayevdir. Türkiyədə soyad qanunu çıxdıqdan sonra Ağpolad soyadını götürüb. Məmməd bəy 1897-ci ildə Gəncə şəhərinə İmamalı məhəlləsində anadan olub.

Məqalə tanınmış müstəqil tədqiqatçı Orxan Cəbrayılın araşdırması əsasında hazırlanıb.

Daha ətraflı məlumat üçün bu linkə https://az.wikipedia.org/wiki/M%C9%99mm%C9%99d_A%C4%9Fpolad daxil olun!


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/223860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR