Bakı şəhər prokurorluğunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Bakı şəhər prokurorluğunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
18:27 11 Dekabr 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Bakı şəhər prokurorluğunda Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
“Report”un xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhər prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov diqqətə çatdırmışdır ki, görkəmli şəxsiyyət, əvəzolunmaz insan, Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu olmaqla milyonlarla insana müstəqil dövlətin vətəndaşı olmaq kimi böyük bir səadəti bəxş etmişdir. O, xalqına, dövlətinə fədakarcasına təmənnasız xidmət nümunəsi göstərən və özündən sonra mənalı ömrünü həsr etdiyi şah əsərini – müstəqil Azərbaycan dövlətini qoyub getmişdir. Banisi və qurucusu olduğu müstəqil Azərbaycan yaşadıqca Heydər Əlirza oğlu Əliyev də qəlblərdə əbədiyyətə qovuşaraq yaşayacaqdır. Müstəqil Azərbaycan Respublikasının hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir.
Cinayətkarlığa qarşı mübarizə sahəsində əldə edilmiş bütün müsbət nailiyyətlər qanunun aliliyi prinsipini fəaliyyətinin əsas devizinə çevirmiş Ulu öndər Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi məqsədyönlü hüquqi islahatların məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən mütərəqqi qanunlar, həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizdə demokratik və hüquqi dövlətin möhkəm əsasını yaratmışdır.
Diqqətə çatdırılmışdır ki, Ümummilli lider Hеydər Əliyеvin rəhbərliyi аltındа həyаtа kеçirilən müdrik dövlətçilik siyаsəti nəticəsində bu gün Аzərbаycаn Rеspublikаsındа mütərəqqi və dünyəvi dəyərlərə uyğun islаhаtlаr аpаrılmаqlа dеmоkrаtik, hüquqi və sivil dövlət qurulmuş, dönməz və dаyаnıqlı ictimаi-siyаsi sаbitlik əldə еdilməklə qаnunun аliliyinə və insаn hüquq və аzаdlıqlаrınа rеal təminаt vеrən vətəndаş cəmiyyəti fоrmаlаşmışdır.
Ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və hüquqi islahatlar daha da genişləndirilməkdədir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Əbədiyyət” filmi nümayiş etdirilib.



Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/baki-seher-prokurorlugunda-heyder-eliyevin-xatiresine-hesr-olunmus-anim-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR