MDB Xarici İşlər Nazirləri Şurasının iclası apreldə Minskdə keçiriləcək
Paylaş
71 baxış·1 dəq oxu
Bakı. 12 dekabr. REPORT.AZ/ MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası gələn il aprelin əvvəlində keçiriləcək. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın MDB-nin qanunverici və digər orqanlarındakı daimi nümayəndəsi Andrey Şvedov bildirib. Onun sözlərinə görə, iclas aprelin 6-da Minskdə baş tutacaq.