SKMF Göyçayda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Göyçayda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
12:02 12 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində işgüzar forum keçirib.
“Report” nazirliyə istinadən xəbər verir ki, tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Göyçay rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- startap layihələrin maliyyələşdirilməsi;
- müasir heyvandarlıq, intensiv bağçılıq, cins heyvandarlıq, istixana, quşçuluq və çəltikçilik təsərrüfatlarının yaradılması;
- meyvəqurutma müəssisəsinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172;
Telefon: (012) 434-74-29;
Faks: (012) 432-37-17;
e-poçt: info@anfes.gov.az

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/skmf-goycayda-sahibkarlardan-investisiya-layihelerinin-qebuluna-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR