İşıqfora baxmadan yolu keçdi, maşın vurdu

İşıqfora baxmadan yolu keçdi, maşın vurdu
22:53 12 Dekabr 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində, poçt meydanı kimi tanınan ərazidə baş verib.

Markası hələ ki, bilinməyən şirkət avtomobili yolu keçmək istəyən təqribən 32-35 yaşlı Məhəmməd adlı şəxsi vurub.

Tüfeyli həyat sürməklə məşğul olan piyada, hadisə baş verən zaman da içkili vəziyyətdə olub və işıqforun avtomobillər üçün yanan yaşıl işığına məhəl qoymayaraq yolu keçmək istəyib. Bu zaman o, sözügedən avtomobilin qarşısına çıxıb. Piyada qəza zamanı yüngül xəsarət alıb və polis maşını ilə ilkin tibbi yardım göstərilməsi tibb məntəqəsinə aparılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/224074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR