İdman Araşdırmalar Mərkəzinin "9 ilə 13" adlı mükafatlandırma mərasimi keçirilir

İdman Araşdırmalar Mərkəzinin "9 ilə 13" adlı mükafatlandırma mərasimi keçirilir
13:37 13 Dekabr 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində "9 ilə 13" adlı mükafatlandırma mərasimi keçirilir.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə ümumilikdə 17 mükafat sahibini tapıb.
Ali nominasiya
İlin məşqçisi - Qurban Qurbanov
Nominasiyalar üzrə qaliblər bunlardır:
1. İlin idman xadimi – Tahir Gözəl, “Qarabağ”ın vitse-prezidenti
2. İlin idmançısı – Hacı Əliyev, sərbəst güləş üzrə üçqat dünya çempionu
3. İlin əcnəbi idmançısı – Dino Ndlovu, “Qarabağ”ın futbolçusu
4. İlin futbolçusu – Rəşad Sadıqov, “Qarabağ”ın kapitanı
5. İlin komandası (futbol və digər) “Qarabağ” və şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası
6. İlin baş məşqçisi (digər növlər üzrə) – Fərhad Məmmədov, cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi
7. İlin ən nüfuzlu yarışı – “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları
8. İlin yazarı – Elnur Həmidov, Komanda.az saytı
Xüsusi mükafatlar:
1. ALOV tədbirə verdiyə dəstəyə görə təşəkkürnamə
2. Futbol+ 20 - fəxri fərman
3. 3-cü hissə - ilin idman verilişi
4. Firudin Səlimov - ilin fəal fotoqrafı
5. İlin idman qurğusu – Bakı Olimpiya Stadionu
6. Media ilə sıx əməkdaşlığa görə - Nurlan İbrahimov, “Qarabağ” klubunun mətbuat katibi

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/i-dman-arasdirmalar-merkezinin-9-ile-13-adli-mukafatlandirma-merasimi-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR