Səfir: "Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır"

Səfir: "Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır"
19:42 13 Dekabr 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ "Müstəqillik illəri ərzində Qazaxıstan və Azərbaycan arasında yaxın dostluq əlaqələri qurulub və bu, qarşılıqlı etimad və bərabərlik rəmzidir".
"Report" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstan Respublikasının Müstəqillik günü münasibətilə təşkil edilən qəbulda deyib. 
Diplomat qeyd edib ki, Azərbaycan Qafqaz regionunda Qazaxıstanın əsas ticari-iqtisadi və nəqliyyat-logistik tərəfdaşıdır.
Qazaxıstanın Akademik Folklor-Etnoqrafik Orkestrinin çıxışları, Qazaxıstan haqqında müxtəlif videomateriallar, həmçinin Qazaxıstan mətbəxinin yeməkləri bayram tədbirinə milli rəng qatıb. 
Qeyd edək ki, tədbir Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-azerbaycan-cenubi-qafqazda-qazaxistanin-esas-ticari-iqtisadi-terefdasidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR