"Liverpul"un ulduzu "Barsa"ya keçir - 140 MİLYON

"Liverpul"un ulduzu "Barsa"ya keçir - 140 MİLYON
19:54 13 Dekabr 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

“Liverpul”un kapitanı Filipp Koutinyo yanvarda “Barselona”ya keçəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı “Mundo Deportivo” nəşri yayıb.

 

İspaniyalı həmkarlarımızın iddiasına görə, Braziliya millisinin üzvü “qırmızılar”ın rəhbərliyi ilə görüş keçirib. Koutinyo, nəhayət ki, transfer üçün İngiltərə təmsilçisinin razılığını alıb. “Barsa” ilə 5 illik müqavilə imzalayacaq 25 yaşlı yarımmüdafiəçinin transferi ispanlara 140 milyon avroya başa gələcək.

 

Qeyd edək ki, “Barselona” Filipp Koutinyonu yay fasiləsində almaq istəsə də, “Liverpul” son anda satmaqdan imtina etmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290066

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR