Ermənistanda bir sıra terror aktı hazırlanıb, ABŞ vətəndaşı saxlanılıb

Ermənistanda bir sıra terror aktı hazırlanıb, ABŞ vətəndaşı saxlanılıb
12:17 14 Dekabr 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Ermənistanın Milli Təhlükəsizlik Xidməti əsas məqsədi ölkə ərazisində terror aktlarının hazırlanması və həyata keçirilməsi olan cinayətkar şəbəkənin üstünü açıb.
Bu barədə "Report" "News.am" portalına istinadən xəbər verir.
Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində milliyətcə erməni olan ABŞ vətəndaşının "Facebook" sosial şəbəkəsində səhifə açdığı və orada "Ədalət döyüşçüləri" qrupu, qrupun strategiyası, tərkibi, təhlükəsizlik və məxfilik qaydaları haqqında material dərc etdiyi müəyyənləşdirilib. Elə həmin səhifənin vasitəsilə hüquq mühafizə orqanlarının əməkdaşları və Ermənistan rəsmilərinə qarşı birbaşa zorakılığa çağırışlar yayılıb.
İlkin məlumatlara görə, saxlanılan şəxs Ermənistanda vəziyyəti qarışdırmaq, əhalinin qorxutmaq, qorxu mühiti formalaşdırmaq, dövlət orqanlarına təsir, hökumət nümayəndələrini qətlə yetirmək və ya onlara ağır bədən xəsarətləru vurmaq, eləcə də bu cinayətləri törədəcək insanları toplamaq məqsədi ilə cinayətkar qruplaşma yaratmağa cəhd edib. O, özü də bu işə təkcə Ermənistanda yaşayanları yox, həm də ondan kənarda yaşayan erməniləri cəlb etməyə çalışıb. Bundan əlavə, saxlanılan şəxs həmçinin məsləhətləri, göstərişləri və maliyyə vəsaitləri ilə əlbir olduğu şəxslərlə birgə Ermənistan ərazisində terror aktları hazırlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-bir-sira-terror-akti-hazirlanib-abs-vetendasi-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR