Vladimir Putin: "Özüm özümə rəqib yetişdirəsi deyiləm"

Vladimir Putin: "Özüm özümə rəqib yetişdirəsi deyiləm"
13:37 14 Dekabr 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ "Özüm özümə rəqib yetişdirəsi deyiləm".
"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında gələn il ölkəsində keçiriləcək prezident seçkilərində rəqibləri ilə bağlı danışarkən deyib.
"Müxalifət haqqında danışan zaman yalnız meydanlarda səs-küy salmaq yox, həm də nəsə təklif etmək vacibdir. Səs-küylü yox, real gündəmlər təklif etmək lazımdır", - V.Putin bildirib.
O, həmçinin vurğulayıb ki, ölkədə onun fikirlərini dəstəkləyən siyasi qüvvələrin, eləcə də vətəndaşların geniş dəstəyinə ümid edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/vladimir-putin-ozum-ozume-reqib-yetisdiresi-deyilem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR