Azərbaycanda avtomobil benzini istehsalı 5% artıb

Azərbaycanda avtomobil benzini istehsalı 5% artıb
16:17 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 469,2 mln. manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır.
Hesabat dövründə ölkədə 1 097,6 min ton avtomobil benzini istehsal edilib ki, bu da illik müqayisədə 4,7% çoxdur. 
Digər neft məhsulları istehsalına gəlincə bu ilin yanvar-noyabr ayları ərzində 169 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 539 min ton ağ neft, 1 718,4 min ton dizel yanacağı, 262,5 min ton yanacaq mazutu, 33,6 min ton sürtkü yağları, 208,8 min ton neft bitumu, 197,5 min ton neft koksu istehsal edilib.
Hesabat dövründə neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 3,5%, ağ neft istehsalı 6,9%, dizel yanacağı istehsalı 20%, yanacaq mazutu istehsalı 42,6% azalıb, sürtkü yağlarının istehsalı 3,7 dəfə, neft bitumunun istehsalı 22,7%, neft koksunun istehsalı isə 6,8% artıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-avtomobil-benzini-istehsali-5-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR