Azərbaycanda ilk “Big Data” Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda ilk “Big Data” Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb
12:07 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ BP şirkəti və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarıının dəstəyi ilə ADA Universitetində Azərbaycanda ilk “Big Data” Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb.
"Report" xəbər verir ki, ötən ildən həyata keçirilməyə başlamış bu layihə BP və tərəfdaşlarının ölkədə təhsilin inkişafına və iş bilgisinin artırılmasına dəstəyinin bir hissəsidir.
Bu mərkəzin ardınca ADA Universitetində “Big Data”nın təhlili və data elmi üzrə yeni magistr dərəcəsi prpoqramı da fəaliyyətə başlayacaq ki, bu da ölkənin data mütəxəssislərinə və “big data” üzrə analitiklərə olan qarşılanmasına xidmət edəcək. Mərkəz həmçinin daha geniş təsirə malik olacaq. O, dövlət təşkilatları və özəl sektorun təmsilçiləri üçün açıq olacaq və onlara öz resurslarından istifadə imkanı yaradacaq.
Layihənin başlamasından ötən bir il ərzində data təhlili üzrə kitabxana yaradılıb, aparat və proqram təminatı daxil olmaqla bütün avadanlıqlar və resurslar, 30 iş terminalı quraşdırılıb, işçi heyətinə təlim keçirilib. Hazırda Mərkəz fəaliyyət göstərməyə tam hazırdır.
Bu bir illik layihə 2016-cı ilin oktyabr ayında başlayıb və ADA Universiteti tərəfindən həyata keçirilir. Layihənin dəyəri 410 min dollar təşkil edir.


Hafiz Paşayev
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib ki, BP və tərəfdaşları bu yeni “big data” mərkəzini açmaqdan məmnundur: “Mərkəz bu qəbildən olan ilk və mən deyərdim ki, unikal bir tədqiqat ocağıdır və ölkədə yeni bir sənaye sahəsinin inkişafına təkan verəcək. İnanırıq ki, bu, ölkənin qlobal “big data” bazasının bir hissəsinə çevrilməsi və böyük həcmli məlumatların emalında regionda aparıcı yer tutması üçün geniş imkanlar yaradır”.


"İnformasiyaya çıxışın gücə bərabər olduğu bir dünyada yaşayırıq. "Big data" həmin gücün sərhədlərini daha da genişləndirir. Təhlillərin keyfiyyətini və icra sürətini anlamaq çətindir. Sizə öz sektorumuzdan sadə bir misal çəkmək istəyirəm. BP əməkdaşının yaratdığı bir alqoritm duz təbəqələrindən keçərək altdakı qatları görməklə 200 mln. barel neft ehtiyatına malik yeni bir yatağı kəşf etməyimizə yardım edib. Hyuston şəhərindəki "big data" mərkəzimizə bu alqoritmin emal edilməsinə sadəcə iki həftə tələb olundu. Halbuki, hesablamalarımıza əsasən, bunun üçün XX əsrin superkompüterlərinə 1000 ildən artıq vaxt tələb olunacaqdı".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-ilk-big-data-tedqiqat-merkezi-fealiyyete-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR