Türkmənistanda ərzaq böhranı başlayıb

Türkmənistanda ərzaq böhranı başlayıb
14:42 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Türkmənistan bazarında əsas ərzaq malları üzrə qıtlıq hiss olunmağa başlayıb. 
"Report" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı "Azadlıq" radiosu yayıb.
Məlumata görə, Marıy və Axal vilayətlərində noyabr ayı ərzində unun qiyməti 2 dəfə artıb. Əhali qıtlıq qorxusu ilə un ehtiyatlarını artırmağa başlayıb. Dekabr ayının əvvəlində isə bütün ölkədə un qıtlığı hiss edilib. Regionlarda yaşayan sakinləır paytaxta gedən tanışlarından un almağı xahiş edirlər.
Nəticədə, bəzi vilayətlərdə ucuz çörəyin qiyməti 1 manatdan (0,28 dollar) 1,4-1,5 manata yüksəlib. Aşqabadda keyfiyyətli çörəyin qiyməti 2 manatdan 3,5 manata çatıb. Dövlət mağazalarında toyuq ətinin qiyməti 8 manat/kq (2,3 dollar) təşki edir və hər bir nəfərə 1 kq-dan artıq satılmır. Özəl mağazalartda isə onun qiyməti 10 manat/kq-dır. Ticarətə polislər nəzarət edir, mağazalar qarşısında uzun növbələr yaranıb. Gənclər isə növbələrə ümumiyyətlə buraxılmır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/turkmenistanda-erzaq-bohrani-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR