Şəmkirdə cüdo üzrə beynəlxalq turnir keçirilir

Şəmkirdə cüdo üzrə beynəlxalq turnir keçirilir
19:37 16 Dekabr 2017
140 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Şəmkir Olimpiya İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən beynəlxalq cüdo turniri start götürüb.
Azərbaycan Cüdo Federasiyasından (ACF) "Report"a verilən məlumata görə, yarış ACF, Şəmkir şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.
Turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala, Şəmkir ilə yanaşı, Gürcüstanın Tbilisi, Kutaisi şəhərlərinin və Türkiyə, Latviyanın yeniyetmə cüdoçuları mübarizə aparırlar. 32 komandadan 347 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək.






Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/semkirde-cudo-uzre-beynelxalq-turnir-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR