Saakaşvilinin tərəfdarları Oktyabr sarayını ələ keçirdi

Saakaşvilinin tərəfdarları Oktyabr sarayını ələ keçirdi
18:33 17 Dekabr 2017
161 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, aksiyaçılar saraya daxil olublar.

Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR