Liviyada YENİ QƏDDAFİ ERASI başlayır?

Liviyada YENİ QƏDDAFİ ERASI başlayır?
08:33 18 Dekabr 2017
141 Dünya
Ölkə mətbuatı
A- A+

2011-ci ildə qətlə yetirilmiş Liviya lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi 2018-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak edə bilər.

“Report” xəbər verir ki, bu barədə Qəddafi ailəsinin nümayəndəsi olan Basim əl-Haşimi əl-Sulyə istinadən "Egypt Today" nəşri məlumat yayıb.

"Seyf əl-İslam 2018-ci ildə keçirilə biləcək prezident seçkilərində öz namizədliyini irəli sürəcək", - deyə o bildirib.

Nümayəndənin sözlərinə görə, keçmiş Liviya liderinin oğlu yaxın vaxtlarda öz proqramını təqdim etməyi planlaşdırır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR