Prezident İlham Əliyev: “Azərbaycan güclü idman dövlətidir”

Prezident İlham Əliyev: “Azərbaycan güclü idman dövlətidir”
14:17 18 Dekabr 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ “Azərbaycan güclü idman dövlətidir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib. 
Dövlət başçısı qeyd edib ki, il ərzində Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindiriblər: "Ölkədə idman sürətlə inkişaf edib, Azərbaycan idmançıları beynəlxlaq yarışlarda 851 medal qazanıb ki, onlardan 347-si qızıl olub".
Ötən illə müqayisədə medalların sayının daha çox olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, bu Azərbaycanda idmanın inkişafının dinamik xarakter aldığını göstərir. 2017-ci ilin bir çox idman qələbələri ilə yadda qaldığını deyən dövlət başçısı bu il ölkə şahmatçılarının üçüncü dəfə Avropa çempionu adına layiq görüldüyünü, iki idmançının boks və sərbəst güləş üzrə üçqat dünya çempionu olduqlarını, Azərbaycanın idman məktəbinin yetirməsi olan Ramil Quliyevin isə ilk dəfə olaraq yüngül altetika üzrə dünya çempionu titulunu qazandığını söyləyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/prezident-i-lham-eliyev-azerbaycan-guclu-idman-dovletidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR