İrlandiyalı Aleks Bermingemin nənəsi Yeni İl münasibətilə yolka bəzəmək fikrinə düşüb və şüşə kürəciklər alıb.

Aleks isə evdə yolkanı bəzəyəndə kürəciklərin içində rəngli, parlaq strinqlərin olduğunu görüb.

Milli.Az Daily Star-a istinadən bildirir ki, A.Birmingem oyuncaqların fotolarını İnstagram-dakı profilində paylaşıb.

"Nənəm aldığı oyuncaqların nə olduğunun fərqinə varmayıb. Ona şüşə kürəciklərin içində strinqlərin olduğunu deyəndə isə söylədi: "Tanrım, bu oyuncaqlardan 6 dənə almışam: dükandakı oğlan çox yəqin məni qəribə qadın sayıb".

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin