Azərbaycanda ağır şəraitdə çalışanlara pulsuz yeməklər veriləcək

Azərbaycanda ağır şəraitdə çalışanlara pulsuz yeməklər veriləcək
01:18 19 Dekabr 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda zərərli, ağır və yeraltı əmək şəraitində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar veriləcək.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nı və “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nı təsdiq edib.

Səhiyyə Nazirliyinə bir ay müddətində “Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi”ni təsdiq etmək tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/224783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR