“Eurovision 2011”-in qalibi müğənni Nigar Camal əməkdar artist Röya Ayxanla aralarında olan qalmaqaldan danışıb.

Metbuat.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan N.Camal həmkarınA cavab verib:

“Sosial şəbəkədə canlı yayıma qoşuluram, insanlar da mənə bu qalmaqal barədə sual verirlər. İstəyirsən ki, onlara qəşəng formada nəsə cavab yazasan, alınmır. Saytları da açıram ki, biri elə yazıb, biri də belə. Mənim də beynim çöndü. Bilirsiniz, elə bil insanların özü qalmaqal istəyir. Bu məsələdə adiyyəti olmayan insanlar danışdılar, məcbur olub mən də danışası oldum. Sosial şəbəkədə hətta məni də söyürdülər. Bu nə deməkdi? Mən əvvəldən Röyaya deyirdim ki, əgər nəsə xoşuna gəlmədisə, mənə zəng edib de".


Samir Cavadzadənin yeni sevgilisi kimdir? - VİDEO - Oxumaq üçün tıkla