Müğənni-bəstəkar Rəhim Rəhimli 2017-ci ilin sonunda yeni klipini təqdim edib.

Publika.az-a açıqlama verən sənətçi bütün zamanını sənətinə həsr etdiyini bildirib:

“Yeni mahnım “Bu gecə” adlanır. Uzun müddətdir bu mahnının üzərində iş gedir. Mahnının söz və musiqisi Sevər xanıma aiddir. Rejissor isə mənim dostum Anar Hüseynovdur. Ekran işində gördüyünüz imicim üzərində isə Roma çalışıb. Bir-birindən gözəl 30 xanım model klipimizdə rol alıb”.