"Report"un xəbərinə görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. E.Babayev məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. İttiham aktına əsasən, o, Bakıda 3 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.