7 yaşlı qız dərmandan zəhərlənib (VİDEO)

7 yaşlı qız dərmandan zəhərlənib (VİDEO)
08:41 10 Yanvar 2015
199 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada 7 yaşlı qız uşağı psixotrop dərman preparatından zəhərlənib. Evdə nəzarətsiz qalan uşaq bilməyərəkdən dərman içib. Günorta saatlarında dərman içən qızı valideynləri halı pisləşdikdən sonra axşam saatlarında xəstəxanaya çatdırıblar.

Uşağın nənəsi Ana Mahmudova deyib ki, uşağı psixotrop dərman qəbul edib: “Ondan sonra halı pisləşib. Balaca qardaşından soruşduq bizə dedi ki, Şəbnəm çoxlu dərman içib. Bundan sonra biz bilmişik ki, uşaq dərman içib”.

Həkimin sözlərinə görə, xəstəxanaya gətirilərkən uşağın həyatı təhlükədə olsa da, vaxtında tibbi müdaxilə Şəbnəmin həyatını xilas edib, amma vəziyyəti ağır olaraq qalır.

Həkim Nadir Hünərvərinin sözlərinə görə, uşaq bir və ya üç psixotrop dərman olan filipsin qəbul edib: “İntensiv yardım əsasında xəstənin vəziyyəti nisbətən yaxşılaşdı, reaksiyaları bərpa olub. Hətta, belə bir tərəddüd altında idik mərkəzə göndərilsin gondərilməsin”.

Hazırda Şəbnəmin reanimasiya şöbəsində müalicəsi davam edir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR