Yasamal yarmarkasına fermerlər buraxılmır (VİDEO)

Yasamal yarmarkasına fermerlər buraxılmır (VİDEO)
09:11 10 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda həftə sonları təşkil olunan kənd təsərrüfatları məhsullarının yarmarkasına öz məhsullarını gətirən fermerlər şikayət edirlər. Onların səs-küy yaratmasının səbəbi isə bu gün və sabah təşkil olunan yarmarkaya məhsullarını çıxarmağa icazənin verilməməsidir. Fermerlər deyir ki, səhər saat 10-dan yarmarkanın qapısının önünü kəsdiriblər. Amma nə faydası, onlara ancaq darvazanın önündə soyuqdan donmaq qalıb.

Fermer Sultan Səlimov deyir ki, bura toplaşan hər biri əziyyət çəkir. "Gürcüstanlını yarmarkaya buraxır, onlar burda ölü quş satır, amma bizə diri quş satmağa icazə yoxdu".

Fermerlər deyir ki, aidiyyati rayonlarından onlara satışa görə xüsusi icazə kağızı verilib. Hətta bu icazə sənədləri yığılıb. Gəlki, onlara məhsullarını yerləşdirməyə icazə verilmir. Maraq doğuran bir məqam da var idi. Belə ki, fermerlərdən birinin əlindəki arayışa əsasən satışa icazə verilən 4 rayona daxil olmayan Cəlillabaddan Yasamal rayonu yarmarkasına yönləndirilib. Hətta bu arayışda möhürün olması da diqqət çəkir.

Məsələyə aydınlıq gətirmək üçün ANS əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinə müraciət edib. Onun sözlərinə görə, fermerlər tərtib olunmuş siyahıya əsasən, yarmakada yerləşdirilir. Yasamal rayonunda məhsullarını satmağa icazə yalnız bu siyahıda olan Qusar, Astara, Şabran və Salyandan olan fermerlərədir. Nümayəndə xüsusi olaraq, quş ətinin satışına toxundu.

“Fermerləri, sahibkarları, ailə təsərrüfatında öz məhsullarını gətirən şəxsləri yerləşdirməklə məşğuluq. O ki qaldı, diri quş məsələsinə, kənd təsərrüfatı məhsulları satış yarmarkasına diri quşun satılması üçün Yasamal rayonuda belə bir şəraitimiz yoxdur. Hazırda belə bir şərait düzəldə bilməmişik. Ona görə də biz onlardan xahiş etmişik, tapşırmışıq ki, diri quş gətirməsinlər. Diri quşları kəsib gətirib yarmarkada satsınlar” – deyə kənd təsərrüfatı nazirliyinin nümayəndəsi Fəxrəddin Eminov bəyan edib.

Hər halda, nazirlik nümayəndəsi yarmarkaya siyahıya əsasən fermerlərin yoxlanılıb buraxılacağını deyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR