“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 25 investor 57 sifariş təqdim edib.
Sifarişlərin qiyməti 84,4746 manat (18,48%) – 89,3382 manat (11,9999%), nominal qiymətlə ümumi məbləği 224 033 900 manat olub.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 87,0187 manat (15%), orta ölçülmüş qiyməti 87,5261 manat (14,3301%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 70 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 25 dekabr 2018-cu ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.