17 ildir tualetə getmir

32 yaşlı avstraliyalı qadın dünyada nadir rast gəlinən xəstəliyə tutulub.

Metbuat.az xəbər verir ki, Krystal Miller bu barədə sosial media hesabından acı taleyini paylaşıb. Kron xəstəliyindən əziyyət çəkən qadın 17 il tualet ehtiyacını ödəmədiyini bildirib. Həyatı kabusa çevrilmiş qadın yaşadığı acını hiss etməmək üçün günün 15 saatını yatdığını bildirib. 22 yaşında isə həyatı dəyanılmaz hala gəlib. Nəhayət, bu xəstəlikdən xilas olmaq üçün əməliyyat olunub. Həkimlər onun bağırsaqlarının böyük hissəsini götürüblər. Bağırsaqlarda toplanan tullantıların çölə çıxmasının qarşısını almaq üçün bağırsağına torba (ostomi torbası) tikilib.

Qeyd edək ki, Kron xəstəliyi iltihabı xəstəlikdir. Bu xəstəliyi olan insanların təxminən üçdə birində sadəcə yoğun bağırsaq, digər üçdə birində sadəcə nazik bağırsaq zərər görür. Qalan üçdə birində isə həm yoğun, həm də nazik bağırsaq zədələnir. Kron xəstəliyi iltihabi xəstəlik olduğu üçün bağırsağın bütün hissəsinə yayıla bilər.

Xəstəlik 1932-ci ildə amerikalı həkim Burril Bernard Kron tərəfindən tapılıb və onun adını daşıyır.

Aysel Yaqubqızı / Metbuat.az

Qışda qəbiz olmamaq üçün bu qaydalara əməl edin -DİETOLOQ MƏSLƏHƏTİ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR