"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
"Biz Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərinə riayət edəcəyini və ilk növbədə qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxaracağını gözləyirik. Cenevrədə keçirilən görüşdən sonra danışıqların substantiv axarda davam etməsini müsbət dəyərləndiririk", - H.Hacıyev bildirib.