Rəqqasə Renka Yeni il fotosessiyası üçün kamera qarşısına keçib.

Publika.az xəbər verir ki, o, 2017-ci ildə əldə etdiyi uğurlarının hesabatını açıqlayıb: “Bu il ən çox yerli mətbuatının mənə yer ayırdığına sevindim. Bu illərimin bəhrəsidir. Hər il sənətim üzərində daha çox işləməyə çalışıram”.

Renka 2018-ci il üçün cızdığı planlarından da söz açıb: “Hər dəfə olduğu kimi üzümüzə gələn ildən də yalnız müsbət hadisələr gözləyirəm. Sözsüz ki, daha böyük uğurlar əldə etmək üçün yenə də əlimdən gələni edəcəyəm. Mən bütün Azərbaycan xalqına yalnız xoş günlər diləyirəm. Allah hər zaman bizi sevindirsin”.

Pərviz Hüseyn

Foto: Etibar Hüseynli