Bakı. 29 dekabr. REPORT.AZ/ “Rusiyada yaşayan, işləyən azərbaycanlıların sayı kifayət qədər çoxdur. Amma hansı televiziya kanalı açırsan, verilişlərdə ermənilər iştirak edir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, azərbaycanlılar həmin verilişlərdə iştirak etməlidir: “Hansı insan təşəbbüs göstərir, o debatlara qatılır? Onların qarşısını alan yoxdur ki? Bizim zəifliyimiz bundadır”.