Yeni ilin gəlməsinə artıq az vaxt qalıb. Əgər bayram şənliyi üçün paltar almağa macal tapmısınızsa, obrazın tamamlayıcı aksessuarları haqqında düşünmək vaxtıdır.

Münəccimlər də, stilistlər də o fikirdədir ki, it ilini tam hazırlıqlı və çox gözəl geyimdə qarşılamaq lazımdır. Məsələn, məxmər, parıltılı və daş-qaşla işlənmiş istənilən paltarı zənginləşdirməyə qadirdir. Xüsusilə kisə şəklində muncuqlu kiçik əl çantaları bu il populyarlığının zirvəsindədir. Sözsüz ki, klassik parlaq klatçlar da sanki konfet kimi bəzədilmiş modellərdən geri qalmır. Ən çılğın modapərəstlərsə yolka oyuncaqlarını xatırladan klatçları seçə bilər.

Milli.Az modapərəstlər üçün müxtəlif markaların builki kolleksiyasından bir neçə nümunə seçib. (publika.az)

Milli.Az