Onun düzəltdiyi sənət nümunələri hər kəs tərəfindən maraqla qarşılanır. Goranboyda yaşayan İldırım Üzeyirov qədim musiqi alətlərinə yeni bir nəfəs verir. O, tut və qoz ağaclarından istifadə etməklə 15 ildən çoxdur tarixə qovuşmuş musiqi alətlərini düzəltməklə məşğuldur.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, çəng, rübab və digər qədimi alətlər. Bu alətlərin bir çoxu tarixə qovuşsa da amma bu şəxs onlara yenidən can verir.
30 ildən artıqdır ki, musiqi müəllimi olan İldrım Üzeyirov qədim alətlər hazırlayır. Goranboyun Qızılhacılı qəsəbəsində yaşayan usta 15 ildən çoxdur musiqi alətlərini düzəltməklə məşğuldur. O, tut və qoz ağaclarından istifadə etməklə öz əl işlərini ərsəyə gətirir.
İldırım Üzeyirovun fikirincə yaxşı usta olmaq üçün mahir ifaçı olmaq gərəkdir. Bundan sora alətlərin ölçüləri düzgün olmalıdı. O, qədim alətləri xüsusi incəliklə yonub hazırladığını deyir.
Ustanın hazırldıqları əl işlərinə maraq böyükdü. Goranboy sakini istənilən qədim aləti hazırlamağın mümkün olduğunu deyir. O, müasir avadanlıqlarla simli alətləri tez bir zamanda ərsəyə gətirir.
İldırım Zeynalovun müəllimi də olmayıb. O bu sənəti özü öyrənib.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin