Azərbaycan sürücülərinin nəzərinə

Azərbaycan sürücülərinin nəzərinə
10:58 10 Yanvar 2015
180 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İlkin İzzət/

Yol polisi Azərbaycanda magistral yollardakı vəziyyəti açıqladı.

Daxili İşlər Nazirlyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə deyib ki, ölkə ərazisində bütün yollar açıqdır, nəqliyyatın hərəkəti normaldır.

K.Əliyev bildirib ki, dünən respublika ərazisində 13 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

BDYPİ sözçüsü bir daha sürücülərdən diqqətli olmağı, meteoroloji şəraiti nəzərə almağı tövsiyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR