[ 10 Yanvar 2015 11:32 ]



Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi həkimlərin işə qəbulu bağlı keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı 25-27 dekabr və 6-7 yanvar tarixlərində keçirilmiş müsabiqənin nəticələrinə əsasən 63 nəfər uğur qazanaraq həkim kimi fəaliyyət göstərmək hüququ əldə edib.

Müsahibədən müvəffəqiyyətlə keçən həkimlər yanvarın 14-də Səhiyyə Nazirliyinin “Elektron səhiyyə” xidmətindən iş yerlərinə göndərişləri ala bilərlər.