Saat 09:00-da Atatürk Hava limanında, İstanbul-Antalya səfərinə hazırlaşan təyyarədə uçuş öncəsi hazırlıqlar tamamlandıqdan sonra sərnişinlər sayılıb. Sayım zamanı 1 sərnişin artıq olub.
Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, bundan sonra stüardessaların apardıqları bilet yoxlanışı zamanı R.K. adlı 28 yaşlı oğlan sərnişin biletini göstərə bilməyib. Təyyarəyə gizli olaraq mindiyi üzə çıxan R.K. çağırılan polis tərəfindən nəzarətə götürülüb. Şübhəlinin ifadəsi alınıb.
Jurnalistlərin "Təyyarəyə necə mindin?" sualına "Səhvən oldu" cavabını verib.
Məhəmməd Vaqif
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

