Bakıda mağaza sahibini öldürməkdə təqsirli bilinən Əmrah Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 16-a təyin edilib.

İttihama görə, hadisə ötən il yanvarın 9-da Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində Əmrah Əlizadə Hacıbaba Məmmədovu icarəyə götürərək işlətdiyi ərzaq mağazasında bıçaqlayıb. Hacıbaba Məmmədov 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatının xilas etmək mümkün olmayıb.

Hacıbaba Məmmədovu öldürən Əmrah Əlizadə saxlanılaraq istintaqa təhvil verilib. Cinayəti törədən Əmrah Əlizadə Hacıbaba Məmmədovun qonşusudur. Məlumata görə, hadisə pul üstündə baş verib.