Liverpul şəhərinin meri Co Anderson Ross Barklinin "Everton"dan "Chelsea"yə transferinin araşdırılması üçün polisə müraciət edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Anderson 24 yaşlı yarımmüdafiəçinin 15 milyon funta satılmasına inanmır və fırıldaqçılıq olduğunu istisna etmir.

"Bu, "Everton" üçün pis anlaşmadır. Ən pis halda bu, transfer bazarında futbolçu, onun agenti və onu satın alan klubun mənfəəti xatirinə qiyməti az göstərmək cəhdidir. Transferdən narahatam. İstərdim ki, polis fırıldaçılıq olunub-olunmamasını araşdırsın" - merin İngiltərə Futbol Assosasiyasına (FA) yazdığı məktubda qeyd olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində