“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, Çin rəsmiləri hesab edirlər ki, belə yanaşma fırıldaqçılar tərəfindən nikah sənədlərinin alınması üçün kənar pasportlardan istifadə halları ilə bağlı cinayətlərin sayını azaldacaq. Yeni texnologiya çox tezliklə Çunsin şəhərinin VVAQ-da (Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi) tətbiq ediləcək.
Çində nikahın rəsmiləşdirilməsi üçün pasportdan başqa, bir çox başqa sənədlər də təqdim etmək lazımdır ki, bu da xeyli vaxt itkisinə səbəb olur. Yeni texnologiyanın tətbiqi qeydiyyat prosedurunu xeyli asanlaşdıracaq və sürətləndirəcək.
Sifətin tanınması üzrə yeni sistem məlumatların işlənməsinə 0,3 saniyə sərf edir ki, bu da analoqlarından bir neçə yüz dəfə daha sürətlidir. Sistemin yaradıcıları əmin edirlər ki, yeni sistem, hətta əkizləri ayırd edə və plastik əməliyyatla sifətinin xüsusiyyətlərini dəyişdirmiş insanları düzgün eyniləşdirə bilir.
Emil Hüseynov