“Google Play” mağazasında yeni reklam virusu aşkarlanıb

“Google Play” mağazasında yeni reklam virusu aşkarlanıb
10:35 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

İnformasiya təhlükəsizliyinin təmini üçün “Check Point” həllər istehsalçısı “Google Play” əlavələr mağazasında yeni növ zərərli reklam aşkarlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “LightsOut” adlanan skript fənərdən (Flashlight) istifadə üçün 22 alət (utility) və əlavədə aşkarlanıb. Virus 1,5-7,5 milyon dəfə yüklənib.
Məlumata görə, zərərli element istifadəçinin qanuni kontentin tərkib hissəsi olmayan reklam elanlarının göstərilməsini söndürməklə bağlı qərarını ləğv edərək sonradan əksər proqramlarda ləğvetmənin qarşısını almaq üçün əlavələr işarəsini gizlədir.

Nəticədə istifadəçilər qurğuda zəngləri cavablandırmaq və ya müəyyən əməliyyatları etmək üçün reklama daxil olmaq məcburiyyəti ilə üzləşiblər. Həmçinin zərərli proqram aktivliyinin reklamsız əlavə işə salınandan sonra da davam etməsi halları qeydə alınıb.

“Wi-Fi” şəbəkəsinə istənilən qoşulma, telefon danışığının bitməsi, enerjidoldurma şəbəkəsinə qoşulma və ya ekranın bloklanması reklamın göstərilməsi ilə nəticələnib.

“Check Point” aşkarlanan zərərli əlavələr barədə “Google” şirkətini məlumatlandırdıqdan sonra onlar “Google Play” mağazasında ləğv olunub.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-52291-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR