Azərbaycanlı müğənni Roza Zərgərli özünə yeni duet ortağı tapıb. Lent.az-ın məlumatına görə, ifaçı “O səs Türkiyə” yarışmasının yarımfinalçısı, “Azərbaycanın səsi” layihəsinin qalibi Mehman Tağıyevlə “Leyli və Məcnun” adlı mahnını oxuyub.

Mahnının sözləri Emma Ələkpərzadənin, musiqisi isə Muxtar Abseynovundur.