Daha bir doğuş faciəsi: Ana və körpəsi öldü

Daha bir doğuş faciəsi: Ana və körpəsi öldü
12:54 10 Yanvar 2015
227 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonunda ana və körpə ölümü baş verib. Ölən ananın yaxınları APA-nın yerli bürosuna bildiriblər ki, Qax rayonu Almalı kənd sakini, 1978-ci il təvəllüdlü Qızbəs Həsənqulu qızı Ağayeva bu gün doğuşdan sonra Qax Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Qax Rayon Mərkəzi Xəstəxanasından isə APA-ya bildirilib , üçüncü hamiləliyi olan Q. Ağayeva yanvarın 9-dan 10-a keçən gecə hamiləlik sancıları ilə xəstəxanaya daxil olub: ”Həkim müayinəsi zamanı məlum olub ki, o, 7 aylıq hamilədir və körpənin ana bətnində hərəkəti olmayıb. Bu gün səhər saat 9.00 radələrində ana təbii yolla doğuş keçirib və uşaq ölü doğulub. Doğuşdan bir saat sonra isə ana dünyasını dəyişib”.

Xəstəxanadan həmçinin bildirilib ki, Q. Ağayevanın tromboemboliya xəstəliyi olub, ölümün səbəbi də məhz bu xəstəlikdir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR